Accessibility links

Moldovanın yeni parlamenti ilk sessiyasını zamanı parlamentə spiker təyin edib


Moldovanın yeni parlamenti Kommunist partiyasının boykotuna baxmayaraq, ilk sessiyasını zamanı parlamentə spiker təyin edib. Ölkənin qərbyönümlü koalisiyası spiker vəzifəsinə Avropaya İnteqrasiya Alyansının üzvü Mixay Qimpunu seçib.

İyul ayının 29-u keçirilən seçkilər zamanı koalisiya parlamentin 53 yerini qazanmışdı. Yerlərin 48-ni əldə edən Kommunist partiyası spiker seçilməsi ilə bağlı səsvermənin yubadılmasını istəyirdi.

Kommunistlərin boykotuna səsvermənin bu gün keçirilməsi qərarı səbəb olub. Parlamentin yeni prezidenti seçmək üçün bir ay vaxtı var. Qimpu Demokrat partiyasının lideri Marian Lupunun hazırkı prezident Vladimir Voroninin yerinə nominasiya ediləcəyini deyib.


XS
SM
MD
LG