Accessibility links

İraqda 2 bomba hücumu olub


İraq polisi deyir ki, İraqın şimalında 2 separatçı intiharçı hücumu ən azı 15 nəfərin ölümünə, 30 nəfərin isə yaralanmasına səbəb olub. Polisin məlumatına görə, ilk hücum bu gün Şiqat şəhərində olub. Hücumçular polis məntəqəsini hədəf alaraq 9 nəfəri qətlə yetirib. Hücum nəticəsində bir neçə insan xəsarət alıb. Bundan 2 saat sonra Mosul yaxınlığındakı Sinjar şəhərində həyata keçirilən ikinci hücum zamanı bir neçə insan həlak olub. Son günlər təhlükəsizlik səviyyəsinin azaldığı İraqın şimalında ardıcıl zorakılıq faktları qeydə alınır. Dünən İraqdakı ABŞ hərbi rəsmiləri deyib ki,Bağdadda yol kənarına yerləşdirilmiş bombanın partlayışı nəticəsində 2 Amerika əsgəri həlak olub.
XS
SM
MD
LG