Accessibility links

ABŞ Avropadakı raketdən müdafiə planlarını nəzərdən keçirir


The New York Times yazır ki, Obama administrasiyası Polşa və Çex Respublikasında raketdən müdafiə sistemi yerləşdirilməsinə alternativ yolları nəzərdən keçirir. Qəzetin məlumatına görə, administrasiya rəsmiləri Polşa və Çex Respublikasında yerləşdiriləcək raketdən müdafiə qurğularının ya biri, ya da hər ikisini ləğv edərək, Türkiyə və ya Balkanlarda yeni planlar barədə düşünür. Onlar habelə Aegis gəmi anti-raket sisteminin quruda yerləşdiriləcək sisitemlə əvəzlənməsini də nəzərdən keçirirlər. Rusiya ABŞ-ın Mərkəzi Avropada müdafiə sistemi yerləşdirilməsi planlarına kəskin etirazını bildirərək bunun yeni silah yarışına yol açacağını bildirib.
XS
SM
MD
LG