Accessibility links

Hamid Karzay üstünlüyünü davam etdirir


Əfqanıstanda prezident seçkilərinin hesablanan hissəsinin nəticələri göstərir ki, müvəqqəti prezidenti Həmid Karzay səslərin şox hissəsini əldə edib. Yekun nəticələr isə yaxın günlərdə açıqlanmayacaq. Seçki rəsmiləri 20 avqust seçkilərinin 35 faizinin hesablandığını bildirib. Hazırkı nəticələrə görə, cənab Karzay 46 faiz, onun əsas rəqibi Abdulla Abdulla isə 31 faiz dəstəyə malikdir. Prezident Karzay hələ də seçkilərin ikinci raundunun keçirilməsinin qarşısını almaq üçün 50 faizlik həddi keçə bilməyib. Seçkilərdə kütləvi pozuntuların baş verməsi iddiaları da irəli sürülür. Bu arada ABŞ Dövlət Departamenti Əfqanıstan mətbuatının yazdığı məlumatı təkzib edib. Məlumat deyilirdi ki, Birləşmiş Ştatlar Əfqanıstanda namizədləri koalisiya hökumətinin qurulmasına ruhlandırır.
XS
SM
MD
LG