Accessibility links

Moldovada Qərbyönümlü siyasətçi parlament spikeri oldu


Avropanın ən yoxsul ölkəsi hesab edilən sabiq Sovet respublikası Moldovada Qərbyönümlü koalisiya parlamentin spikerliyinə öz nümayəndəsini, prezidentliyə isə sabiq Kommunisti seçib. Lakin qüdrətli Kommunist partiyasının seçkiləri baykot etməsi və ölkənin iqtisadi gələcəyi ilə bağlı narahatıqlar Moldovada sabitliyin bərqərar olmasını çətinləşdirir.

Moldovanın dörd partiyadan ibarət koalisiyasını təmsil edən Mixay Gimpunun parlament spikerliyinə seçilməsini heç də hamı bayram etməyib. Kommunist partiyasının parlamentdəki bütün üzvləri səverməni baykot etdilər və zaldan çıxdılar.

58 yaşlı Gimpu və onun “Avropaya İnteqrasiya Uğrunda Alyans” adlı koalisiyası Avropa Birliyi ilə yaxın təmaslar qurmağa can atır və Moldovanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir. Tənqidçilər Gimpunun Moldovanı Rumıniyaya birləşdirmək cəhdində ittiham ediblər. Belə ki, bir vaxtlar Moldova Rumıniyanın bir hissəsi olub və Moldova əhalisinin beşdə biri, 800 min Moldovan ya Rumıniya vətəndaşlığına sahibdir, ya da bunun üçün ərizə verib.

Avronyuz telekanılan müsahibə verən Moldovanın aparıcı vətəndaş hüquqları fəalı Nataliya Morari deyir ki, gənclər Gimpu kimi Qərb yönümlü siyasətçilərin hakimiyyətdə olmasını arzulayır. “Mən çox adam tanıyıram ki, seçkilərin nəticələrini gözləyirkən düşünürdülər: əgər müxalifət qalib gəlsə, onda bu ölkədə qalacağam, əgər Kommunist udsa, onda növbəti 4 il ərzində ölkəni tərk edəcəyəm,” deyə Morari bildirir.

Yeni parlament spikerindən əlavə, koalisiya həmçinin Kommunist partiyasını tərk etmiş Marian Lupunu prezident postuna nominasiya edib. Təhlilçilər xəbərdarlıq edirlər ki, kommunistlər hələ də prezidentliyi əldə saxlaya bilərlər, belə ki, müxalifətin prezidentliyi müəyyən etmək üçün kifayət qədər səsi yoxdur. Seçki rəsmiləri aprel ayında Kommuinist partiyasını seçkilərin qalibi elan etmişdirlər. Lakin bu açıqlama Moldova küçələrində gənclərin kütləvi iğtişaşlarına səbəb oldu. Anti-kommunist şüarlarla silahlanmış nümayişçilər parlament binasına və prezident Vladimir Voroninin idarəsinə hücum etdilər. Toqquşmalarda ən azı bir adam həlak oldu, daha çox adam isə yaralandı.

XS
SM
MD
LG