Accessibility links

Dik Çeyni ABŞ-ın Ədliyyə Nazirliyini tənqid edir


ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni deyir ki, dindirmə metodlarının qanuniliyini yoxlamaqla Ədliyyə Nazirliyi siyasi addım atır. Çeyni Fox News-a müsahibəsində deyib ki, baş prokuror Erik Holderin Mərkəzi Kəşfiyyat Agentliyindən olan personal üzərində təhqiqat aparması dəhşətli presedentin əsasını qoyur. ABŞ-ın Kubadakı Quantanamo həbsxanasında terror şübhəliləri deyib ki, Buş administrasiyası dövründə onlara qarşı kobud dindirmə metodlarından istifadə olunub. Dik Çeyni isə həmin dövrdə ABŞ-ın vitse-prezidenti olub. Çeyninin tənqidini rədd edən demokrat senator Con Kerri sabiq vitse prezidentin konstitusiya və qanuna hörmətsizlik göstərdiyini deyib.
XS
SM
MD
LG