Accessibility links

Türkiyə Ermənistanla sərhəddi gələn ilin əvvəlinə qədər aça bilər


Türkiyə bildirib ki, iki ölkə arasında diplomatik münasibətlərin normallaşması planına əsasən, Ermənistanla sərhəd bu ilin sonuna qədər açıla bilər.

Türkiyənin NTV tele-şirkətinə müsahibə zamanı Türkiyənin Xarici İşlər naziri Əhmət Davutoğlu deyib ki, hər şey plan üzrə getsə və qarşılıqlı addımlar atılsa, sərhəd yanvar ayının birinə qədər açıla bilər.

Türkiyə Ermənistanla sərhəddi 1993-cü ildə Ermənistanın Dağlıq Qarabağda dəstəklədiyi sepratçılarla müharibə aparan Azərbaycanla həmrəylik göstərərək bağlamışdı. Davutoğıu deyib ki, Türkiyə Azərbaycanın maraqlarına zərbə vura biləcək heç bir addım atmayacaq.

Azərbaycan Xarici İşlər nazirliyinin sözçüsü Elxan Poluxov bildirib ki, o, Türkiyənin münaqişə nizamlanana qədər sərhəddi açmayacağına əmindir.

XS
SM
MD
LG