Accessibility links

Kobe Brayant video oyunun reklamı üçün çəkilir


Los Anceles Lakres komandasının oyunçusu, basketbol ulduzu Kobe Brayant Amerika Basketbol Asssosiasiyasının 2K10 video oyununda rolu haqda danışıb.

Filmin reklamı üzərində çəkiliş zamanı fasilə vaxtı isə Kobe Brayant qızlarının sevimli video oyununu oynayır. Kobe Brayantın iki qızı 6 yaşlı Natalia və 3 yaşlı Cianna Disney şahzadə oyununu çosx sevir və atalarını da bu qız oyununa cəlb etməyə çalışırlar. Kobe deyir ki, uşaqların sevincini görmək kifayətdir.

Brayantın çəkildiyi video oyun texniki baxımdan əvvəlkilərdən daha təkmildir. Video oyunun kommersial tərəfi də var. Belə ki, Kobe Brayant Milad bayramı mövsümü Klivlendin Cavaliers komandasının oyunçusu, Amerika basketbolunun daha bir ulduzu Lebron Ceymslə qarşılaşacaq.

Lebron Ceyms keçmiş komanda yoldaşı Şakil Onillə birlikdə Kobe Brayantdan sonra ən dəyərli oyunçu hesab edilir.

XS
SM
MD
LG