Accessibility links

Venesiyada beynəlxalq kino-festival başlayır


Venesiyada ənənəvi kino-festivala son hazırlıqlar başa çatmaq üzrədir.

Bu il kino-festivalın diqqət mərkəzində Amerika rejissoru Maykl Murun ABŞ iqtisadiyyatına həsr edilmiş sənədli filmi diqqət mərkəzindərdir.

66-cı Venesiya kino-festivalında bu il habelə həyatı boyu yaradıcılıq fəaliyyətlərinə görə cizgi filmlərinin nəhəng ustası Con Lassetr, “Rembo” və “Roki” filmlərinə görə isə kino-ulduzu Silvestr Stallone xüsusi mükafatlar alacaqlar.

Minlərlə kino həvəskarı isə artıq Venesiyaya toplaşıb. Onlar kino-festivalın aşılışı günü Corc Kluni, Nikolas Keyc, Oliver Ston və başqa ulduzları görəcəklərini səbirsizliklə gözləyirlər.

Bu il Kluni İraqda Amerika hərbi bölməsi haqda məlumat yazan müxbir rolunda çəkildiyi “The Men Vvho Stares at Goats” adlı filmini nümayiş etdirir.

Venesiya kino-festivalında həmişə oldğu kimi bu il də müxtəlif ölkələrdə çəkilmiş kino-filmlər nümayiş etdiriləcək. Kino-festival sentyabr ayını 2-dən 12-ə qədər davam edəcək.

XS
SM
MD
LG