Accessibility links

Iran nüvə proqramı ilə bağlı müzakirələrə hazır olduğunu deyir


İranın yüksək səviyyəli nüvə müzakirəçisi, Milli Təhlükəsizlik Şurasının başçısı Səid Cəlili bu gün müxbirlərlə görüşü zamanı İranın aparıcı dünya ölkələri ilə nüvə proqramı barədə yeni təkliflər əsasında danışıqlara hazır olduğunu deyib. Cənab Cəlili əvvəllki formatda görüşdükləri kimi, İranın BMT Təhlükəsizlik Şurasının 5 üzvü və üstəgəl Almaniyanın təklif etdiyi yeni danışıqlar paketinı müzakirə etmək istədiyini bildirib.

Birləşmiş Ştatlar, Rusiya, Çin, Fransa, Britaniya daxil edilməklə "Beş üstəgəl bir" qrupu İrana nüvə proqramını dayandırdığı təqdirdə ticarət güzəştləri barədə paket təklif edir. Vaşınqton İrana bu ayın axırı, BMT-nin Baş Assambleyası öz işinə başlayana qədər Qərb dövlətlərinin ticarət güzəştləri barədə təklif paketini qəbul etmək üçün möhlət verib.

XS
SM
MD
LG