Accessibility links

İranda kabinetin təşkili ilə bağlı debatlar başa çatmaqdadır


İran parlamenti prezident Mahmud Əhmədinejadın kabinetinin təşkili ilə bağlı sonuncu gün debatlarını başa vurmalıdır. Qanunvericilər prezidentin kabinetə üzvlüyə planlaşdırdığı 8 nazirin adını bu gecəyə qədər təsdiq etməlidirlər. Dünən İran qanunvericilərindən heç biri Argentinanın Buenos-Ayresdəki yəhudi mərkəzinin partladılmasına görə ittiham etdiyi Əhməd Vəhidinin müdafiə naziri vəzifəsinə nominasiyasının əleyhinə olmamışdır. 15 il əvvəl 85 adamın ölümü ilə nəticələnən həmin hücumdan sonra Vəhidi İnterpolun axtarış siyahısındadır. Bununla yanaşı İran qanunvericiləri prezidentin siyahısında yer alan 21 namizədin təcrübəsizliyini diqqətə çəkiblər. Tənqidçilər prezidentin özünə göstərilən loyallığı əsas məsələlərdən irəlidə qoyduğunu deyirlər.

XS
SM
MD
LG