Accessibility links

Kaliforniyada təbii yanğınlarla mübarəzədə nailiyyətlər qeydə alınır


Los-Anjeles ətarflarında yanğınla mübarizə əməliyyatlarına havanın sərinləşməsi yardım edib. Kaliforniya qubernatoru Arnold Şvarsenegger ştatda 8 böyük yanğının 54 000 hektarlıq bir ərazini bürüdüyünü bəyan edib.

Avqust ayının 26-dan baş qaldıran yanğınlar səbəbi ilə 50-ə yaxın tikili sıradan çıxıb. Minlərlə insan evakuasiya edilib, iki yanğınsöndürən həlak olub. ABŞ prezidenti Barak Obama həlak olanların ailə üzvlərinə başsağlığı verib.

XS
SM
MD
LG