Accessibility links

Iran parlamenti kabinetə nominasiya edilənlərdən 18-nin namizədliyini təsdiq edib


İran parlamenti 5 gün sürən debatlardan sonra, dünən prezident Mahmud Əhmədinejadın kabinetə nominasiya etdiyi 21 nəfərdən, 1979-cu il İslam İnqilabından bəri ilk dəfə biri qadın olmaqla 18-nin namzidəliyini təsdiq edib. Qanunvericilər prezident Əhmədinejadın müdafiə naziri vəzifəsinə təklif etdiyiArgentinanın 1994-cü ildə 85 nəfərin ölümü ilə nəticələnən Buenos-Ayresdəki yəhudi mərkəzinin partladılmasına görə ittiham edilən vəİnterpolun axtarışında olan Əhməd Vəhidini müdafiə naziri vəzifəsinə təsdiq edib. Səhiyyə naziri vəzifəsinə ilk qadın Mərziyə Vahid Dəstcerdi təyin edilib. Aralarında iki qadın olmaqla, enerji, təhsil və sosial xidmətlər nazirləri vəzifələrinə nominasiya edilənlərin namizdəliyi isə rədd edilib.


XS
SM
MD
LG