Accessibility links

İran əlavə sanksiyalar qoyulması hədələrini rədd edib


İran prezidenti Tehranın mübahisəli nüvə proqramını dayandırması barədə beynəlxalq tələblərə əməl etməyəcəyi təqdirdə İrana əlavə sanksiyalar qoyulması hədələrini rədd edib. Mahmud Əhmədinejad deyib ki, daha heç kəs İrana sanksiya tətbiq edə bilməz. Bundan əvvəl isə İran mətbuatı Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qaşqaviyə istinadən bildirmişdi ki, İrana tətbiq olunan saksiyalar “paslı qılınc kimi” qeyri effektivdir. Onun sözlərinə görə, İran danışıqlara və dialoqa üstünlük verir. Dünən Almaniyanın Frankfurt şəhərində 6 dövlətdən olan nümayəndələr İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməsi üçün Tehrana təsir yollarını müzakirəsi səbəbilə görüşüb. İran uranı zənginləşdirmə proqramını dayandırmasa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvə və Almaniya bu ölkəyə qarşı saha sərt sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.
XS
SM
MD
LG