Accessibility links

İndoneziyada zəlzələ torpaq sürüşməsinə səbəb olub


Xilasetmə işçiləri İndinoziyanın Yava adasında güclü zəlzələ nəticəsində baş vermiş torpaq sürüşməsi altında qalması ehtimal edilən kəndlilərin axtarışını davam etdirir. Rəsmilər 7 bal gücündə olan yeraltı təkanın 46 nəfərin həyatına son qoyduğunu bildirir. Zəlzələ nəticəsində 300-dən çox insan da müxtəlif dərəcəli xəsarət alıb. Rəsmi məlumata görə, Qərbi Yava vilayətində 700 bina çöküb və ya ciddi zədələr alıb. Cikanqkarenq vilayətinin Qərbi yava kəndində bir sıra ev isə sürüşmə nəticəsində daş və palçıq altında qalıb. Əraziyə qazma vasitələrə hələ gəlib çatmadığından insanları çıxartaq üçün xilasetmə dəstələri əlləri ilə qazmağa məcbur edilib. Ölkə prezidenti Susilo Bambanq Yudhoyononun kəndə bü gün baş çəkməsi gözlənilir.
XS
SM
MD
LG