Accessibility links

Rusiya və ABŞ nüvə silahlarının azaldılmasına dair yeni müqavilə üzərində işləyir


Rusiya mətbuatının verdiyi məlumata görə, Rusiya və Birləşmiş Ştatlar soyuq müharibə dövründən qalmış nüvə silahları arsenallarının azaldılmasına dair yeni müqavilənin bu ilin sonuna qədər əldə edilməsi istiqamətində inkişafa nail olub.

Bu gün verilən məlumatlarda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova istinadən bildirilir ki, müqavilə vaxtında hazır olacaq. Lavrov həmçinin deyib ki, iki ölkənin prezidenti sənayesi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin sentyabr ayında keçiriləcək sammitində inkişafa dair hesabatla tanış olacaqlar.

ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Dmitri Medvedev dekabr ayında müddəti bitəcək 1991-ci ildə imzalanmış Strateji Silahların Azaldılmasına dair Müqavilənin yenisi ilə əvəz edilməsi haqda iyul ayında razılıq əldə etmişdilər.

Dövlət başçıları vasitəçilərə nüvə başlıqlarının sayının 2200-dən təxminən 1500-ə qədər azaldılmasına dair müqavilənin hazırlanmasını tapşırmışlar.


XS
SM
MD
LG