Accessibility links

Kipr danışıqları sentyabrın 10-a təyin edilib


Bölünmüş Kiprin birləşməsi ətrafında danışıqların gələn həftə yenidən başlayacağı bildirilir. Bu günə təyin edilmiş danışıqlar Kiprdən yunan zəvvarlarla rəftara görə təxirə salınmışdı.

Kipr hökumətinin sözçüsü Stefanos Stefanou yunan kiprlilərinin prezident Dimitris Xristofiasla Kiprin türk icmasının lideri Məhmət Əli Tələt arasında görüşün sentyabrın 10-da baş tutucağını deyib.

Kiprin yunan hökuməti danışıqları Kiprin türk rəsmilərinin yunan zəvvarları daşıyan avtobusu iki icmanı bölən yoxlama məntəqəsində uzun müddət saxladıqdan sonra təxirə salıblar.

Yunanlar Morfu ərazisindəki kilsəni ziyarət etməyə gedirdilər.


XS
SM
MD
LG