Accessibility links

Türkiyə-Ermənistan yaxınlaşması və bunun regional təsirləri


Bu həftə Türkiyə və Ermənistan iki ölkə arasında diplomatik münasibətlərin normallaşmasına dair protokolların imzalanması barədə razılıq əldə edib. Bunun Türkiyə-Azərbaycan münasibətləri və ümümulikdə regional təsirləri ilə bağlı Amerikanın səsinin erməni xidməti Vaşinqtondakı Heritage fondunun ekperti Ariyel Kohenlə müsahibə keçirib.


SUAL: Cənab Kohen, Azərbyacan Dağlıq Qarabağ münaqişəsi həll olmadan Ermənistanla sərhədlərin açılmamasına təkid etdiyi halda, Türkiyə hökuməti bu addımı niyə atır.

CAVAB: Bu, tarixi Birinci Dünya münaribəsinə gedib çıxan, hamısı olmasa da, böyük əksəriyyəti pantürkçü olan paşa və generallardan ibarət, habelə özü pantürkçü olan Turqut Ozal kimi Türkiyənin pantürkist aspekti güclü millətçi-dünyəvi hakim elitası ilə fərqlə bağlıdır. İndiki insanlar fərqlidir. Onlar daha çox Türkiyə və müsəlman dünyasına bağlıdır və Azərbaycan bunlar üçün əvvəlki rejim və ideologiyadan qalma bir şeydir. Azərbaycan onlar üçün daha az əhəmiyyət daşıyır. Onlar üçün əhəmiyyətli olan Türkiyənin fərqli işlər görə bilməsini göstərməkdən ibarətdir. Amma bu, tarixi bir hadisədir. Çoxları bu günlərin yaşanacağına inanırmırdı.

Sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması qarşılıqlı şəkildə tanıma prosesinə gətirib çıxaracaq, yəni sərhədlər tanınmadan açıla bilməz. Bu, müəyyən bir məqamda fikrimcə, elə bir diplomatik bir vasitənin yaranmasına gətirib çıxaracaq ki, Ermənistan Türkiyəyə ərazi iddialarını geri çəkəcək. Bu, baş verməlidir.

Bizim görəcəyimiz ikinci bir şey ondan ibarət ola bilər ki, nəhahət, demək olar ki, 100 ildən sonra 1915-ci ildə soyqırımın tanınması, ya da faktlarla bağlı birgə razılıq əldə edilsin. Ümid etmək olar ki, bundan sonra ayrı-ayrı insanlar, xüsusilə ermənilər, sonra isə türklərin baxışlarının təsir göstərdiyi tarixə malik iki ölkə arasında münasibətlər normal olacaq. Bu imkanlar əldən verilmiş olsa, burada indiyədək gördüyümüz kimi olmasa da, soyuq müharibə, ya da soyuq sülh şəraitində düşmənçilik davam edəcək və o zaman Azərbaycanın aspekti gec-tez ortaya çıxacaq. Lakin Türkiyə qərara aldı ki, kiçik qardaş, sonra özü deyil, əvvəlcə özünün qeydinə qalsın. Bundan sonra onlar ümid edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edəcəklər.

Bütün bunlarla bərabər, Cənubi Qazfqazda başqa oyunçular var. Rusiyanın bu regionla bağlı konkret proqramı vaar. Tarixən Rusiya Cənubi Qafqaza prezident Medvedevin dediyi kimi, özünün ələlxüsus maraqları olan bir region kimi baxır. İran da burada öz oyununu oynayır. ABŞ, Avropa İttifaqı regionda maraqlara malikdir. Lakin Türkiyənin regionda rolu arta bilər. Türkiyənin regionda iki ölkə ilə yaxşı münasibətləri var:Azərbaycan və Gürcüstan. Ermənistanla münasibətləri yaxşılaşdırsa, Türkiyə o zaman artıq üç ölkə ilə yaxşı münasibətləri olan bir ölkə olacaq. Rusiyanın Azərbaycanla normal, Ermənistanla çox yaxşı, Gürcüstanla ilə çox pis münasibətləri var. ABŞ-ın Azərbaycanla yaxşı, Ermənistanla normal, Gürcüstanla isə çox yaxşı münasibələti var. Ona görə də bu vəziyyətdə Tükriyə burada irəliyə bir qalib kimi çıxır.

SUAL: Ermənistan hökumətinin sərhəd məsələsilə bağlı danışıqlar prosesinə başlamaq cəhdlərini necə qiymətləndirirsiniz. Ermənistan sərhədin açılmasından necə bəhrələnəcək.

CAVAB: Mən şəxsən düşünürəm ki, təkcə sərhəd məsələsi üzərində dayanmaq lazım deyil. Bu, çox mühüm bir məsələdir. Çünki Ermənistan yarı-blokada vəziyyətindədir. Mən hesab edirəm ki, burada 360 dərəcə blokada yoxdur. Ermənistanın İranla açıq işgüzar sərhədi var. Bu, kiçik srhəddir, amma başqa bir ölkə ilə açıq sərhəddir. Gürcüstanla sərhəddə malikdir. Gürcüstanla məsələ onun Rusiya ilə münasibətlərinə görə mürəkkəbdir. Ermənistanın azından Batumi və Poti kim limanlara çıxışı var. Mən Türkiyə ilə sərhədə coğrafi-siyasi məsələ kimi baxıram.

Burada biz indi tarixi bir hadisənin şahidiyik.Ermənistanın vəziyətində bir dəyişikliyin şahidi oluruq. Uzun müddət üçün burada Ermənistanin siyasətində bir dəyişiklik ola bilər. Türkiyə ilə münasibətlər yaxşılaşsa, Dağlıq Qarabağ münqaişəsinin nizamalanmasında irəliləyiş ola bilər. Tükriyə Erməstana dəmir yolu təklif etməklə, Aralıq dənizinə çıxış imkanı vermiş olur. Burada başqa kəmər, ya da Nabukko kimi layihədən söhbət gedə bilər. Ermənistan burada çox yaxşı vəziyyətdə ola bilər. Ermənistan ərazisindən kəmər keçə bilər və bu da onun üçün çox yaxşı olar. Ermənistan kəmərlərlə nəql sisteminin bir hissəsinə çevrilə bilər. Ermənistan üçün əslində, üç qaz mənbəyi yaranır. Biri Rusiyadan Qazprom vasitəsilə, İrandan qaz və Xəzər qazı, ya Azərbaycandan, ya da Azərbaycandan qaz almaq istəməsələr, kəmər oradan keçir, Türkmənistan qaz alına bilər.

Ermənistan birdən-birə bütün bu imkanlara malik olur. Burada təkcə sərhəd deyil, regionda iqtisadi əməkdaşlıq perspektivi gündəmə gəlir və 21-ci əsrdə diqqətin dəyişməsi erməni xalqına imkanlar verir. Çünki ermənilər bəzi xalqlar kimi keçmişə böyük diqqət verirlər. Lakin burada gələcəyə baxma və yeni açılan imkanlardan söhbət gedir.

SUAL: Həm Türkiyədə, həm Ermənistanda ictimiayyət arasında məsələ ilə bağlı fikir ayrılıqları mövcuddur. Bəzi adamlar çox bədbinliklə bu məsələyə baxır. Necə fikirləşirsiniz, iki ölkənin parlamenti sənədi ratifikasiya edəcəkmi. Sizin fikrinizcə, hadisələr gözlənilməz məcraya düşə bilərmi.

CAVAB: Mənim fikrimcə, məsələdə irəliləyiş həm prezident Sarkisyan, həm baş nazir Erdoğan bunun üçün təzyiq göstərsə mümkündür. Onların ikisi də güclü siyasətçidir, ya koalisiya, ya da hakim partiyanın təmsilçisidir. Türkiyədə Erdoğan hakim partiyanı təmsil edir və düyməni bassa, onlar bunu edəcəklər. Yəni Türkiyədə bu, problem deyil.

Ermənistanda bir qədər problem var. Gözlənilməz inkişafların ola bilməsi ilə bağlı məndə bir qorxu var. Mən prezident Sarkisyanın yerinə olsam, cangüdənlərin maaşını ikiqat artırardım və yeni cangüdənlər götirərdim. Amma mənə elə gəlir ki, iki ölkə parlamenti bunun təsdiqi məsələsində bir problemlə qarşılaşmayacaq.

Mən nə Birləşmiş Ştatlar, nə də Rusiyada mənfi bir reaksiya görməmişəm. Hamı buna dəstək verir. Bu bir növ yeni bir inkişaf, böyük bir nailiyyətdir. Mən bunu prezident Obama və onun ritorikası ilə əlaqələndirmək istəmirəm. Lakin bu, bir modeldir. Məsələn, bu modeli Yaxın Şərqə üçün tətbiq edin. Bu, dünyanın bir sıra ölkələri, Hindistan-Pakistanın öz xalqlarının naminə, iqtisadi inkişaf naminə gedə biləcəyi və həmişə sülhə dair hər hansı bir şansı məhv etməyə hazır olan terrorçu ekstremist elementləri aradan götürmək üçün bir istiqamətdir.

SUAL: Rusiyanın bu inkişaflara münasibəti haqda nə deyə bilərsiniz.

CAVAB: Məncə, bu, Rusiyanın maraqlarına uyğundur. Çünki Rusiya əgər ağılla hərəkət etsə, Qafqazda Rusiya şirkətləri üçün yeni imkanlara açılmış olur. Qafqaza vahid bir bazar kimi baxsanız, Gürcüstan, Ermənistan və Azərbaycanla birlikdə mənim bildiyimə görə, 50 milyon insan yaşayır. Bu, bir-birilə əlaqə saxlamayan ayrı-ayrı kiçik bazarlardan daha maraqlıdır. Bu, təkcə Rusiya üçün deyil, həm də qərb, Amerika və Çin şirkətləri üçün bütövlükdə iş imkanları açır və Transqafqaz respublikasına dair köhnə arzu gerçəkləşə bilər. Bu ideya 1920-ci illərdə yarandığı kimi də öldü. Region təbii ki, bir dövlətdən ibarət deyil, çox tarixi haidəslər olub burada. Lakin ümumi bazar çox maraqlı bir fikir kimi gürünür.

SUAL: Belə görünür, hamı burada faydalanacaq.

CAVAB: Əlbəttə, və ilk növbədə ermənilər. Ermənilər ən ilk növbədə bəhrələnəcək. Əvvəla, Dağlıq Qarabağ münaqişəsi həll ediləcək. Digər tərəfdən, tarixən, inqilabdan əvvəl, 19-cu əsrdə və 1920-ci illlərdə Cənubi və Şimali Qafqazda ən zəngin adamlar kim idi. Ermənilər. Bunun təkrar olunmaması üçün heç bir səbəb yoxdur. Bir rus misalı var, pis sülh də müharibədən yaxşıdır. Erməni xalqı və bir dövlət kimi Ermənistanın marağındadır ki, yalnız silah təchizatçılarının bəhrələndiyi bu donmuş münaqişə mövcud olmasın. Ermənistanın iqtisadiiyyatı bütünlükdə bu münaqilənin həlli nəticəsində faydalacanaq.

SUAL: Sərhədlərin açılmasının birbaşa enerji təhlükəsizliyinə təsiri nədən ibarətdir.

CAVAB: Daha çox imkanın olması həmişə daha yaxşıdır. Mən tam əmin deyiləm ki, məhz sərhədlərin açılması coğrafi və geoloji baxımdan daha yaxşıdır. Həm də Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycan Ermənistan ərazisindən nə neft, nə də qazın nəqlinə razı olmayacaq. Fikrimcə, Azərbaycanın indi sakit oturub, türk qardaşlarının onlara xəyanət etdiyi haqda çığır-bağır salmaması onu göstərir ki, onlar oturub gözləmə mövqeyini seçiblər. 1915-ci il hadəsləri Azərbaycan və Ermənistan arasında deyil, Ankara və Yerevan, habelə diaspora və Türkiyədə elita arasında baş verib. Bu faciədir ki, Türkiyə Birinci Dünya mühasibərində məğlub olmuş ölkə kimi bu hadisələrə qiymət vermir. Məsələn, Almaniya, ya da Yaponiya kimi. Buna görə də, bu hadisələrin nəticələrinin indi tanınmasının vaxtı gəlib çatıb. Bundan da 100 il sonra gözləmək lazım deyil.

SUAL: Obama administrasiyaının Türkiyə və regionla bağlı siyasəti ilə bağlı nə deyə bilərsiniz.

CAVAB: Buş ata, Klinton, Buş oğul və Obama administrasiyasının siyasətində bir dəyişiklik yoxdur Bu administrasiyaların hamısı iki ölkənin xalqları naminə Türkiyənin Ermənistanla münasibətlərinin düzəlməsini istəyir. Çünki biz inanırıq ki, Cənubi Qafqazın daha çox sülh içində olması Rusiyanın münaqişələri qızışdırmasının qarşısını ala bilər.

Bu danışıqlara neytral ölkə olan İsveçrə vasitəçilik edir, Moskva yox. Moskva Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağa dair danışıqlarda vasitəliçik edir. Mən prezident Əliyev, prezident Sarkisyan və prezident Medvedev arasında danışıqların son raundunda iştirak etmişəm. Heç bir nəticə olmadı. Qarabağ özü də çox mürəkkəb məsələdir. Bu, həm prezident Əliyev, həm prezident Sarkisyanın siyasi gələcəyinə investisiya qoyması tələb olunan nisbətən yeni bir prosesdir. Bunun həlli olduqca çətindir. Amma maraqlısı odur ki, Rusiya Türkiyə və Ermənistan arasında prosesə müdaxilə etmədi.

SUAL: Tükriyə bu addımı Avropa İttifaqına üzvlük məsləsinə görə atırmı.

CAVAB: Ermənistan məsələsinin həlli Türkiyənin üzvlüyü məsələsində əsas rol oynamır. Burada Kipr kimi məsələlər var. Türkiyənin üzvlüyü məsələsində nikbin deyiləm. Mənim fikrimcə, Ermənistanın quruma üzvlüyü şansları əvvəl-axır daha artıqdır. Enerji və ticarət üçün, siyasi baxımdan yeni imkanların olması yaxşıdır. Bu elə Türkiyə üçün də yaxşıdır, çünki Avropada heç kəs Ermənistanla sərhəd məsələsi, 1915-ci illərin hadisələrinə görə məsuliyyətin tanınması kimi məsələlər nə oldu, deyən olmayacaq.




XS
SM
MD
LG