Accessibility links

Şimali Koreya uran zənginləşdirilməsi prosesinin son mərhələsindədir


Şimali Koreya nüvə bombası istehsalına yaxınlaşmaq istiqmətində növbəti addımı ataraq, uran zənginləşidirlməsinin son mərhələsində olduğunu bəyan edib.

Şimali Koreyanın Mərkəzi xəbər agentliyinin açıqladığı bəyanata əsasən, uran zənginləşidirilməsinin eksperimental mərhələsi müvəfəqqiyyətlə başa çatıb. Uran zənginləşdirilməsi nüvə bombası istehsalının daha bir yoludur.

Bəyanatda habelə deyilir ki, Şimali Koreya həm sanksiyalara, həm də onu nüvə silahı istehsalından çəkindirməyə çalışan ölkələrlə dialoqa hazırdır. Burada BMT Təhlükəsizlik Şurasının danışıqlar keçirmək qərarından öncə daha artıq sanksiya tətbiq etdiyi halda, ölkənin nüvə qüdrətini artıracağı barədə xəbərdarlıq verilir.

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Bosvort ölkənin nüvə fəaliyyətlərindən narahatlığını ifadə edib.

XS
SM
MD
LG