Accessibility links

İran yenidən ABŞ-ı ititham edir


İran Amerika Birləşmiş Ştatlarını BMT-nin nüvə agentliyinə təqdim olunmuş sənədlərin mahiyyətini dəyişməkdə ittiham edib. Bu sənədlərdə İranın atom bombası hazırlamaq yollarını araşdırdığı yazılır. Beynəlxalq Atom Enerji Agentliyinə göndərilən məktub jurnalistlərə bu gün açıqlanıb. Məktubda İran nümayəndəsi Əli Əsgər Soltani ABŞ-ı agentliyə mahiyyəti dəyişdirilmiş sənədlər təqdim etməkdə günahlandırır. O deyib ki, Birləşmiş Ştatların İranın nüvə silahı hazırlamağa çalışmasını göstərən əsaslı dəlili yoxdur. Amerika və Qərbin başqa dövlətləri İranı atom bombası hazırlamaq üçün uranı zənginləşdirməkdə günahlandırır. İran dəfələrlə bu iddianı rədd edərək nüvə proqramının dinc mahiyyət daşıdığını bildirib.
XS
SM
MD
LG