Accessibility links

İnquşetiyada 3 yaraqlı öldürülüb


Rusiyanın İnquşetiya Respublikasının rəsmiləri deyir ki, təhlükəsizlik qüvvələri 3 yaraqlını öldürüb. Onlardan biri inquş liderə uğursuz sui-qəsd cəhdinin təşkilinə görə axtarışda olub. Rüstəm Cortov və 2 başqa yaraqlı dünən təhlükəsizlik qüvvələri ilə militantlar arasında baş verən döyüş zamanı qətlə yetirilib. Cortov iyunun 22-də İnquşetiya prezidenti Yunisbek Yevkurovun ciddi yaralnması ilə nəticələnən intiharçı hücumunun təşkilində şübhəli bilinirdi. Bu hücum jurnalistlər, fəallar və polislərin həyatına son qoyan bomba hücumları dalğasının bir hissəsi idi. Rusiya prezidenti Dmitri Medvedyev İnquşetiya polisini özünü müdafiə etməkdə effektiv ola bilmədiyinə görə tənqid edib. O, tənqidlərini Narzan şəhərində 25 nəfərin ölümü, 130 nəfərin yaralanması ilə nəticələnmiş polis məntəqəsinə intiharçı hücumundan sonra bildirib.
XS
SM
MD
LG