Accessibility links

Azərbaycanda İngilis Dilinin tədrisi


Bu gün sizə Azərbaycanda İngilis Dilinin tədrisi barədə məlumat verəcəyik. Rəqsanə Məmmədova İngilis Dili Müəllimləri Assosiasiyasının icraçı direktorudur. O deyir ki, assosiasiyanın əsas məqsədi Azərbaycanda İngilis dilinin tədrisi metodlarına yeni fikirlər, yeni təşəbbüslər gətirməkdir. Bu missiya əsasən müəllimlər üçün ənənəvi konfranslar vasitəsilə həyata keçirilir. Bu konfranslara beynəlxalq aləmdə tanınmış adamlar dəvət olunur. Bundan əlavə beynəlxalq konfranslara qatıla bilməyən ucqar ərazilərdən olan müəllimlər üçün regional konfranslar təşkil edilir.

Rəqsanə Məmmədova deyir ki, Azərbaycan yeni müstəqillik əldə etdiyi üçün müəllimlər əsasən İngilis dilinin ünsiyyət yolu ilə tədrisi bacarığına malik deyillər: “Bu, bir nömrəli məsələdir. Onlar ünsiyyət yolu ilə tədrisə üstünlük verən yeni kitablarla işləmək üçün treyning keçməlidirlər. Çünki hələ də bir çox müəllim ənənəvi qrammatika metodlu kitablardan istifadə edir”.

Xanım Məmmədova hesab edir ki, tələbələr əsasən yeni nəslin nümayəndəsidir və ona görə də bu, çox köhnə metoddur. Azərbaycanda gənc nəslin internetə daha çox çıxışı var və onlar daha çox peyk vasitəsilə beynəlxalq telekanallara baxırlar.

Twitter və Facebook kimi sosial mətbuatdan da söhbət açan Rəqsənə Məmmədova deyir ki, bir çox müəllimlərin internetə çıxışı və kompüterdə işləmək bacarığı yoxdur. Evdə internetə çıxış olmayan gənclər internet kafelərə gedir. Assosiasiya prezidentinin sözlərinə görə isə, bəzən mentalitet səbəbilə müəllimlər internet kafelərə getmir. Ancaq onlar tələbələrə ingilis dilinin inkişaf edəcək yardım göstərəcək veb saytlar adreslərindən istifadəyə ruhlandırır.

20 ildir ingilis dilinin tədrisi ilə məşğul olan xanım Məmmədova bu illər ərzində baş vermiş dəyişiklərdən danışır: “Əsas müsbət dəyişiklik ondan ibarətdir ki, indi ingilis dili müəllimləri ilə yanaşı, digər fənlər üzrə müəllimlər də ünsiyyət üstünlük verən tədrisi başa düşürlər. Əvvəllər onlar İngilisi dili dərslərini səs-küylü olmasından şikayətlənirdilər”.

20 ildə baş vermiş mənfi dəyişikliyi də qeyd edən Rəqsanə Məmmədova tələbələrin məsuliyyətinin azaldığını bildirib. O deyir ki, bu, Sovet İttifaqı dövründə ya təhsilin güclülüyü ya da pulsuz olması ilə bağlı idi. Müəllimə təhsilə qoyulan yatırımın ən güclü investisiya olduğunu bildirir.
XS
SM
MD
LG