Accessibility links

ABŞ-ın xüsusi nümayəndəsi Pxenyanı məqsədlərinə aydınlıq gətirməyə çağırıb


ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi deyir ki, Pxenyan nüvə bombası hazırlanmasına yol açan uran zənginləşdirilməsinin son mərhələsini həyata keçirdiyi barədə hesabata aydınlıq gətirməlidir. Stefan Bosvort bu gün Seulda jurnalistlərə açıqlamasında ABŞ-ın uranın yüksək səviyyədə zənginləşdirilməsinə dair belə hesabatları ilk dəfə almadığını bildirib. Ancaq o deyib ki, əgər Şimali Koreya yarımadadan nüvə silahlarının aradan qaldırılmasında inkişafa nail olmaq istəyirsə məqsədlərinə aydınlıq gətirməlidir. Bosvort Seul səfərinin sonunda Cənubi Koreya xarici işlər naziri Yu Myunq Hvanla görüşüb. Cənubi Koreyaya Çindən səfər edən ABŞ nümayəndəsinin növbəti dayanacağı Yaponiya olacaq.
XS
SM
MD
LG