Accessibility links

Pakistanda 3 polis işçisi öldürülüb


Pakistanın paytaxtı İslamabadda 3 nəfər polis işçisi oldu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Polis sözçüsü Arşad Mahmud deyib ki, cəsədlər bu gün səhər aşkar edilib. Onun sözlərinə görə, yatarkən öldürülən polislərinin hərəsinin başından bir güllə vurulub. Onlar İslamabaddan 40 kilometr aralıda olan Həsən Abdal dəmir yolu körpüsünü mühafizə edirdilər. Polis sözçüsü hadisənin cinayət işi və ya polis və təhlükəsizlik qüvvələrinin hədəf alan Talibanın hücumu olduğu barədə heç bir açıqlama verməyib.
XS
SM
MD
LG