Accessibility links

Naməlum silahlı şəxslər Mosulda hücumlar həyata keçirib 


İraq polisi bildirir ki, naməlum silahlı şəxslərin Mosul şəhərində hücumları nəticəsində üç polis zabiti, bir əsgər, bir qadın və onun bir qız nəvəsi həlak olub.

Polis zabitləri şəhərdəki yoxlanış məntəqələrinin güllə atəşinə tutulması nəticəsində öldürülüb. Polisin məlumatına görə, naməlum silahlı şəxslər qadın və onun 2-3 yaşlı qız nəvəsini Mosulun qərbində evə basqın edərək öldürüblər. Polis hücum barədə təfərrüatlı məlumat verməyib.

Bu arada İraq rəsmiləri bildirirlər ki, Bağdadın Bələdiyət şiə mahalında maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində 6 nəfər yaralanıb.


XS
SM
MD
LG