Accessibility links

Ekspertlər Ukrayna və Gürcüstanın NATO-ya üzvlük perspektivlərini müzakirə edir


Sabiq Varşava Paktı və bir neçə sabiq Sovet respublikasını alyansa qəbul etdikdən bəri NATO son illər genişlənməkdədir. Amerikanın Səsinin aparıcı müxbiri Andrea Nesnera Ukrayna və Gürcüstanın NATO-ya üzvlük perspektivlərinə nəzər salıb.

Onun yazdığına görə 1991-ci ildə Sovet İttifaqı dağılandan bəri şərqi və mərkəzi Avropadan 12 ölkənin alyansa daxil olması ilə NATO-nun həcmi demək olar ki, ikiqat artıb.

Ukrayna və Gürcüstan da son illərdə NATO-ya daxil olmağa maraqlarını izhar ediblər. Buş administrasiyası bu dövlətlərin alyansa daxil olmasını möhkəm dəstəkləyirdi. Lakin 2008-ci ilin aprelində Buxarestdə keçirilən sammitdə üzv ölkələr Gürcüstan və Ukraynanı Üzvlük Fəaliyyət Planı adlanan prosesə buraxmadılar. Bunla belə son kommünikedə NATO rəhbərləri razılaşdılar ki, bu ölkələr sonda NATO üzvləri olacaqlar.

Alberta Universitetindən Deyvid Marples Gürcüstan və Ukraynanın NATO-ya buraxılmamasında başlıca olaraq iki ölkənin əsas rol oynadıqlarını nəzərə çatdırır: “Fransa və Almaniya Ukrayna və Gürcüstanın NATO-ya üzvlük prosesinə başlamasına qarşı çıxdılar. Belə ki, bu ölkələr Rusiya ilə yaxşı münasibətlər saxlamağa can atırdılar.”

Moskva həmişə NATO-nun şərqə doğru genişlənməsinin əleyhinə olub. Londonda qərargahlanan araşdırma təşkilatı olan Chatham House-dan ekspert Ceyms Şerr Rusiyanın mövqeyini iki amillə əsaslandırır: “Ukrayna sadəcə Rusiyanın qonşusu deyil. Ukrayna Rusiya milli kimliyinin bir parçasıdır. Belə ki, Kiyev rus dövlətinin mənbəyi sayılır. Ona görə də NATO-nun Rusiyaya doğru irəliləməsi Rusiyanın özünə qarşı yönəlmiş hərəkət kimi qiymətləndirilir. İkinci məsələ odur ki, ruslar keçmişdə olduğu kimi bu qənatədədirlər ki, Birləşmiş Ştatlar-ın milli marqları Rusiyanın zəiflədilməsinə xidmət edir.”

Bu yaxınlarda Ukraynaya etdiyi səfərdə ABŞ vitse prezidenti Co Bayden Ukraynanın NATO-ya qəbul edilməsi hüququnu təsdiqləyib. Bayden eyni bəyanatı Gürcüstana səfəri zamanı da verib. Bu bəyanatlardan heç biri Rusiya rəsmilərini razı salmayıb.

Buş administrasiyasında sabiq Dövlət Departamenti rəsmisi olmuş Deyvid Kreymer deyir ki, hər iki ölkə NATO üzvləri olmaq üçün çoxlu maneələr adlamalıdır.

Onun sözlərinə görə NATO-ya daxil olmaq sadəcə ərizə təqdim etmək deyil. Bu ölkələr ciddi siyasi, iqtisadi, və təhlükəsizlik islahatları həyata keçirməlidir. Bu məsələdə isə Ukrayna və Gürcüstanın gediləsi yolu uzundur.

Çikaqo Universitetinin professoru Ronald Suni də hesab edir ki, iki sabiq Sovet respublikasının NATO-ya yaxın gələcəkdə daxil olması real deyil. Belə ki, bu ölkələr siyasi baxımdan stabil deyillər. Bundan əlavə Ukrayna əhalisiin az qala yarısı alyansa daxil olmağın əleyhinə çıxır. Gürcüstana gəldikdə isə bu dövlətin ərazi bütövlüyü təmin edilməyib.

Ekspertlər inanır ki ki, Gürüstan və Ukrayna nə vaxtsa NATO-ya daxil ol abilər. Lakin üzvlüyün yaxın zamanlarda baş tutacağına zəmanət vermək çətindir.

XS
SM
MD
LG