Accessibility links

The New York Times:’ Kütləvi saxtakarlıqlar Həmid Karzayın qələbəsinə xidmət edir’


The New York Times qəzetinin yazdığına görə, Əfqanıstan prezidenti Həmid Karzayın qələbəsinə kütləvi şəkildə yol verilən saxtakarlıqlar yardım edəcək. Əfqan və Qərb rəsmilərinə istinadən qəzet prezidentin tərəfdarlarının 800 saxta səsvermə məntəqəsində yüz minlərlə saxta bülleten hazırlandığını yazır. The New York Times bəzi səsvermə məntəqələrində seçicilərin sayının 10 dəfə artıq göstərildiyini bildirir.

Mərkəzi Seçki Komissiyası 500-ə yaxın məntəqədə verilən səslərin saxtakarlıqa dair iddialara görəetibarsız elan edildiyini bildirir.Dünən açıqlanan nəticələr prezident Karzayın 48.6 faiz səs əldə etdiyini göstərib. Onun əsas rəqibi, sabiq xarici işlər naziri Abdulla Abdula isə səslərin 31.7 faizini toplayıb. Əfqanıstanın seçki rəsmiləri indiyədək səslərin 75 faizinin hesablandığını bildirir.


XS
SM
MD
LG