Accessibility links

Bu gün Iraqın Ramadi şəhərində 8 nəfər qətlə yetirilib


İraq polisinin bildirdiyinə görə, bu gün ölkənin qərbindəki Ramadi şəhəri yaxınlığındakı yoxlanış məntəqəsində maşına yerləşdirilmiş bomba partlayışı 4-ü polis işçisi daxil olmaqla, azı 8 nəfərin ölümünə, 15-nin yaralanmasına səbəb olub. Vaxtilə yaraqlıların geniş fəaliyyət göstərdikləri Ənbar vilayətinin Ramadi şəhərində 2006-cı ildə yerli sünni qəbilələr Birləşmiş Ştatlar ordusu ilə əməkdaşlıq edərək, Əl-Qaidəyə qarşı mübarizəyə başlamışdılar.

Dünən isə İraqın Mosul şəhərində həyata keçirilən silsilə hücumlar nəticəsində nənə ilə nəvə daxil edilməklə, 5 nəfər qətlə yetirilib. Digər xəbərdə bir evə edilən hücum nəticəsində isə iki nəfər qətlə yetirilib.

XS
SM
MD
LG