Accessibility links

Filippin sularında batan gəminin daha bir sərnişini xilas edilib


Filippin sahilləri yaxınlığında gəminin batmasından 24 saat sonra bir qadın xilas edilib. Lita Kasumlum adlı qadın gəminin batdığı yerdən 13 km-lik məsafədə aşkar edilib. Bazar günü baş verən qəzadan 900-ə yaxın sərnişin və gəmi heyəti üzləri xilas edilib. Gəmi batmazdan əvvəl insanları digər bir gəmiyə köçürməklə onların xilas edilməsinə nail olunub. 9 nəfərin həlak olduğu xəbər verilir. Filippinin Sahil qvardiyasının verdiyi məlumata görə, 1 adam itkin düşüb. Filippin Asiyada dəniz təhlükəsizliyi baxımından olduqca pis göstəricilərə malikdir. Ötən il gəmi qəzasında 800 adam həlak olmuşdu.

XS
SM
MD
LG