Accessibility links

Təbrizdə həbsdəki azərbaycanlı ziyalısına işgəncə iddiası


İnafəli Hidayət

İran Azərbaycanli məhbuslardan birinin işkəncə olunmasi təstiq edildi. Həbib Avəriydənin vəkili Nağı Mahmudi, bu xəbəri təstid etdi. Cənab Mahmudi Amerikanın səsinə İran-Azərbaycanında işkəncənin olması və bəzi məhbuslararın işkəncəyə meruz qalması barədə məlumat verdi. Mahmudi, Umud Oğlu kimi tanınan Təbrizli türkoloq və lüğətşünas Həsən Əbdullahiye Cəhani və Həbib Avəriydənin vəkilidir.

Cənab Mahmudi Həbibin cismi və ruhi işkencəyə məruz qaldığını təstiq etsə də Umud Oğlunun cismi işkəncə olunması barədə məlumat vermədi. Vəkilin dediyinə görə, İttilaat idarəsi onların hər ikisinə qarşı ağır ittihamlar irəli sürüb. Amma onlar ittihamları rədd ediblər. Mahmudi deyir ki, onlara qarşı əsl ittihamlar İslam Cumhuriyyətinin əleyhinə təbliğat və Əmniyyəti pozmaq məqsədi ilə qrup təşkil və idarə etməkdir. Onun sözlərinə görə, Əmniyyət İdarəsi iddia edir ki Həbib Avəriydə bir CD disk hazırlayıb və "Babəkin itqin əsgərləri" adı ilə bir vebloq düzəldib.

Bu iddia əgər düz olsa sadəcə Avəriydəyə şamil olardı. Amma İttilaat İdarəsi bildirib ki, Həbib həmən CD-ni lüğətşünasın yanına aparıb. İttilaatın iddiasına görə, Umud Oğlu, həmin CD-ni bəyənmeyib.Mahmudi əlavə edir ki, İttilaat Umud Oğlunun bu barədəki fikirlərini, CD-nin zəyif olması ilə əlaqələndirir və iddia edir ki, Umud Oğlunun məqsədi CD-nin dahada yaxşı və keyfiyyetli olması imiş

İttilaat, Həbibi tutandan sonra, işkəncə altında, ondan Umud Oğlunun əleyhinə etiraf alıb və nahar çağı, Umud Oğlunun evinə basqın ediblər. Onun bir neçə kitabını, əl yazılarını, bilgisayarını, telefon dəftərlərini, əl telefonu və diğər əşyalarını götürüblər. Umud Oğlunun bacısı Zəkiyyə xanım Əbdullahiye Cəhani bu barədə söyləyib ki, onlara deyiblər ki, Həsən, axşama evə gələr.

Zəkiyyə xanım deyir ki, qardaşım mülki paltarlı məmurlardan neçə dəfə istədi ki, onun tutulmasına dayir hakimin hökmünü göstərsinlər amma məmurlar heç bir sənəd göstərmədilər və onu haraya apardıqlarını da bizə söyləmədilər. Umud Oğlunun bacısı deyir, " Axşam oldu amma qardaşmdan heç xəbər çıxmadı. Sabah Həsən, telefon açdı və dedi ki İttilaatdayam."

Bu iki məhbusun vəkilləri onları İttilaatda yox, Təbrizin zindanında görüb. Amma Mahmudi deyir ki, onları gorse də, dosiyə və ya sənədlərini görüb, oxumağına icazə verilməyib. Mahmudi təkid edir ki onun müvəkkillərinin hər ikisi də ittihamları rədd ediblər. O deyir: mənim, vəkil olaraq, xəbərim yoxdur ki görəsən dosiyədə onların etiraflarından başqa bir dəlil var ya yox.

Vəkilin sözlərinə göra, hətta əgər onlara qarşı irəli sürülən ittihamlar doğru da olsa, genədə onları belə ağır durumda saxlamamalıdırlar. Vəkil Mahmudi deyir ki, onların tutulma prosesi və saxlanılması İranın qanununlarından kanardır. Onları daha yüngül qərarla azad etmək olardı.

Mahmudi fikir edir ki onların mühakimələri gələn dörd ay ərzində başlasın. O deyir: Əgər ittihamlar vebloq və CD üzərində olsa, onda bu ittiamlar mətbuatla bağlıdır və onlar gərək mətbuat məhkəməsində, ələni və münsifər heyətinin iştirakı ilə mühakimə olunsunlar.

Bu məhbuslar iki aydan çoxdur ki, Təbrizin İttilaati tərəfindən tutulublar və həbsdədirlər. Onlar bu həbs müddətinin bir hissəsini İttilaatın bir nəfərlik hücrələrində geçirdiblər. Sonra Təbrizin Mərkəzi Zindanına göndəriliblər amma onların istintaq zamanı keçib və qurtarıb, təkcə Umud Oğlu bir dəfə ana və bacısı ilə görüşə bilib amma Həbib hələ də öz ailəsi ilə görüşə bilmeyib.


XS
SM
MD
LG