Accessibility links

Robert Qeyts: ‘Amerika və onun ərəb müttəfiqləri İranın nüvə iddiaları qarşısında öz hərbi qabiliyyətlərini gücləndirməlidir’


ABŞ-ın müdafiə naziri Robert Qeyts deyib ki, Amerika və onun ərəb dünyasındakı müttəfiqləri İranın nüvə iddiaları qarşısında öz hərbi qabiliyyətlərini gücləndirməlidir. Əl-Cəzirə tele-kanalına müsahibəsi zamanı nazir ABŞ-ın hələ də diplomatik və iqtisadi təzyiqlərlə İranın siyasətini dəyişə biləcəyinə inandığını deyib.

Cənab Qeyts bildirib ki, nüvə məsələsində İranın mövqeyini dəyişmək onu nüvə silahı əldə etdiyi təqdirdə öz təhlükəsizliyinə ziyan vuracağına inandırmaq yolu ilə mümkündür. ABŞ-ın müdafiə naziri bildirib ki, İranın nüvə proqramını inkişaf etdirməsi regionda silah yarışını qızışdıra bilər.

Bu arada Iranda prokurorluğun sanksiyası ilə prezidentliyə namizəd Mehdi Kərrubinin ofisi möhürlənib. Ofisdən kompyuter və sənədlər müsadirə edilib.


XS
SM
MD
LG