Accessibility links

Rusiya lideri iqtisadi tənəzzülün bitdiyini deyir


Rusiya prezidenti Dmitri Medvedev deyir ki, yeni göstəricilərə əsasən Rusiyada iqtisadi geriləmə dayanıb. Cənab Medvedev bildirib ki, bu ilin ikinci rübündə birinci rüblə müqayisədə iqtisadiyyat 7.5 faiz artıb. O, Rusiyanın sənaye istehsalında, karqo sənayesində və nəqliyyat sektorunda müsbət tendensiyaları önə çəkib. Prezident Medvedev ümid etdiyini deyir ki, bu göstəricilər Rusiya iqtisadiyyatında dirçəlmənin işarələridir. Eyni zamanda o, ictimai layihələr kimi iqtisadi stimul planının davam etdiriləcəyini vurğulayıb. Son göstəricilərin əsasında Rusiyanın iqtisadiyyat naziri Elvira Nabiullina nazirliyin gələn il üçün iqtisadi artım barədə proqnozlar verir. Nazirlik gələn il iqtisadi artımən 1.6 faiz olacağını proqnozlaşdırır. Qlobal maliyyə böhranın Rusiyanın iki ən iri sektoru olan neft və qaza təlabatın zəifləməsi ilə ölkə iqtisadiyyatına dərin təsir göstərib.
XS
SM
MD
LG