Accessibility links

İsrailin Qəzza zolağına hücumu zamanı həlak olan fələstinlilərin 252 nəfəri 16 yaşından aşağı uşaqlar olub


Israilin insan hüquqlarının müdafiəsi qrupunun bildirdiyinə görə, İsrailin Qəzza zolağına hücumu zamanı həlak olan fələstinlilərin 252 nəfəri 16 yaşından aşağı uşaqlar olub. B'Tselem qrupunun açıqladığı məlumat İsrail ordusunun öldürülənlərin əksəriyyətinin döyüşçü olduğuna dair bildirişi ilə ziddiyyət təşkil edir.

Qrup dekabr və yanvar aylarında 3 həftə davam edən hücumlarda öldürülən 1400 nəfərdən 773-nün mülki vətəndaşlar olduğunu bildirir. Israil isə ölənlərin sayının 1166 nəfər olduğunu iddia edir. B'Tselem qrupu hesabatının fələstinlilərdən əldə edilən ölüm haqqında şəhadətnamələr,foto-şəkillər və digər sənədlərə əsaslandığını deyir.

XS
SM
MD
LG