Accessibility links

'New York Times'-ın müxbiri azad edilib


NATO-nun Əfqanıstandakı qüvvələri tərcüməçi və bir Britaniya əsgərinin həlak olmasına baxmayaraq yaraqlıların girov götürdüyü New York Times-ın müxbirini azad etməyə nail olublar. İrlandiya – Britaniya ikili vətəndaşlığına malik olan Stefan Farrel keçən həftənin şənbə günü Kunduz vilayətində NATO-nun mübahisəli hava hücumu nəticələri barədə reportaj hazırlayarkən oğurlanmışdı. Farrel qəzetə bildirib ki, onunla eyni vaxtda oğurlanan tərcüməçisi Sultan Minadi xilasetmə əməliyyatı zamanı öldürülüb. Farrelin sözlərinə görə, tərcüməçinin yaraqlılar və ya xilasedici dəstə tərəfindən öldürüldüyü barədə məlumatlı deyil. Reyd zamanı əfqan qadın da öldürülüb. Əfqanıstan və Pakistan dağlarında 7 ay əsir saxlanılan New York Times-ın digər müxbiri Deyvid Rode iyun ayında xilas edilmişdi. Hər iki hadisə zamanı qəzet jurnalistlərin təhlükəsizliyi üçün oğurluq barədə heç bir şərh verməmişdi.
XS
SM
MD
LG