Accessibility links

Venesiya kino-festivalında iranlı rejissor Şirin Nişatın filmi nümayiş etdirilib


Venesiyada beynəlxalq kino-festivalda iranlı rejissor Şirin Neşat İranda qadın hüquqlarına həsr edilmiş filmini nümayiş etdirib.

Filmdə hadisələr 1953-cü ildə cərəyan edir. Lakin rejissor özü deyir ki, o vaxtı hadisələrlə indiki vəziyyət arasında bir paralel var.

“Women without Men” adlı kino-film dörd müxtəlif qadının hekayəti əsasında qurulub. Burada qadınların azadlıq uğrunda mübarizəsi təsvir edilir.

Şirin Neşat deyir ki, İranda demokratiya və qadın hüquqları uğrunda mübarizə bir-birilə bağlıdır. O, qadınların İranda bu il iyun ayında seçkilərdən sonra siyasi proseslərin önündə getdiyini qeyd edib.

XS
SM
MD
LG