Accessibility links

İraqın şimalında intiharçı hücumları olub


İraq polisi və xəstəxana mənbələri Amerikanın səsinə bildirib ki, İraqın şimalında kürd vilayətində intiharçı hücumları nəticəsində 23 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Partlayış bu gün səhər Mosul şəhəri yaxınlığındakı Vardak kəndində həyata keçirilib. Polis deyir ki, ikinci intiharçı hücumu İraq təhlükəsizlik qüvvələri hücumçu partlayışı həyata keçirməmişdən əvvəl onu zərərsizləşdirməyə çalışan zaman baş verib. Polisin məlumatına görə, Bağdadın cənubunda başqa bir partlayış 4 nəfərin həyatına son qoyub. Hücum nəticəsində 29 nəfər isə yaralanıb. Dünən isə Kərkük şəhəri yaxınlığında baş vermiş partlayış zamanı 8 nəfər həlak olmuşdu.
XS
SM
MD
LG