Accessibility links

11 Sentyabrda amerikalılar bir daha terror hücumlarının dəhşətini yada saldı


Səqqiz il əvvəl dörd təyyarə ilə həyata keçirilən hücumlar nəticəsində 90 ölkədən təqribən 3000 adam həyatını itirmişdi. 11 Sentyabr hücumları terrorizmlə mübarizədə, birinci növbədə ABŞ-da olmaqla, bir dönüş nöqtəsinə də işarə edir. Belə iri miqyaslı hücumlar haqqında məlumat əldə edilib əvvəlcədən tədbirlərin görülə bilməməsi, ABŞ-da terrorizmlə mübarizə sahəsində çox mühüm problemlərin mövcudluğunu da sübut etdi. Onların siyahısına isə başqa amillərə əlavə olaraq təhlükəsizlik agentlikləri arasında səmərəli əməkdaşlıq və məlumatların bölüşdürülməsi mexanizminin olmaması, agentliklərdə büdcə ixtisarları səbəbilə işlərin vaxdında görülə bilməməsi, elektron kəşfiyyat vasitələrinə həddən artıq üstünlük verilərək, terrorçu hücumların qarşısının alınmasında insan amilinin rolunun azaldılması və bu sahəyə lazimi vəsaitin ayrılmaması daxildir.

ABŞ prezidenti Barak Obama da 2001-ci il Sentyabrın 11-i terror hücumlarının ildönümünü bir dəqiqəlik sükutla yad edib. Ağ Evin qarşısında keçirilən mərasim Amerika Hava Yollarının 11 nörməli reysi ilə üçan təyyarəsinin Dünya Ticarət Mərkəzinin şimal qülləsinə çırpıldığı an 8:46-da başlayıb. Bir neçə dəqiqə sonra isə cənub qülləsinə başqa təyyarənin çırpılması ilə üst-üstə dörd təyyarə hücumunda üç minə yaxın adam həyatını itirmişdi. Cənab Obama habelə Vaşinqton yaxınlığında yerləşən Pentaqonda əklilqoyma mərasimində iştirak edib. Müdafiə Nazirliyinin binasına vurulan təyyarə 200 nəfərə yaxın sərnişin və yerdə olanların həyatına son qoymuşdu.

XS
SM
MD
LG