Accessibility links

İranda İslam Respublikasına qarşı olanlar sərt cəzalandırıla bilər


İranın ali dini lideri Ayətulla Əli Xameneyi xəbərdarlıq edib ki, ölkənin idarəçiliyinə müqavimət göstərən və ya onun təhdid edən hər bir kəsin qarşısı alınacaq. O, bu açıqlamaları Tehran Universitetində cümə xütbəsi zamanı verib. Ayətulla deyib ki, fikir ayrılıqları və tənqidlər qəbul olacaq, ancaq İslam Respublikasına qarşı dayanan hər bir kəs sərt cəzalarla üzləşəcək. Bu açıqlama mübahisəli iyun seçkilərinin nəticəsinə etiraz edən müxalifət partiyalarına ünvanlana bilər. Ayətulla Xameneyi prezident Mahmud Əhmədinejadın qələbə çaldığını göstərən prezident seçkilərinin nəticələrini dəstəkləyib. Bu arada ABŞ yerləşən qeyri- hökumət təşkilatı İranın nüvə danışıqlarına dair təkliflər paketinin nüsxəsini ələ keçirib. Bu gün Pro Publica veb səhifəsində dərc edilən sənəd Qərblə müfəssəl və konstruktiv danışıqlara çağırır.
XS
SM
MD
LG