Accessibility links

Dağıstanda prokurorluq rəsmisi öldürülüb


Rusiyanın Dağıstan Respublikasının rəsmiləri deyir ki, prokurorluq rəsmisi odlu silahdan atılan atəş nəticəsində qətlə yetirilib. Verilən məlumatlara görə, həbsxanalara nəzarət edən Maksud Maksudov bu gün səhər Mahaçqalada evindən çıxan zaman öldürülüb. Bu arada rəsmilər bildirir ki, Dağıstanda hüquq mühafizəçiləri Tabasaranski regionunda axtarış əməliyyatları nəticəsində 4 yaraqlını öldürüb. Hələlik həlak olan yaraqlıların kimliyi müəyyən edilməyib. Qeyd edək ki, Dağıstanda Rusiya hərbi qüvvələri 10 ildən çoxdur ki, yaraqlılarla mübarizə aparır.
XS
SM
MD
LG