Accessibility links

ABŞ Roberto Miçellettinin vizasını ləğv edib


Hondurasın müvəqqəti prezidenti deyir ki, ABŞ onun vizasını ləğv edib. O, bunu hakimiyyətdən devrilmiş prezident Manuel Zelayanı geri qaytarmaq cəhdi kimi qiymətləndirib. Müvəqqəti prezident Roberto Miçeletti Honduras radio stansiyasına bu qərardan təəssüf hissi keçirmədiyini bildirərək bunun ABŞ-ın ölkəyə təzyiq tətbiq etməsinə misal olduğunu deyib. Mərkəzi Amerika dövlətinin hazırkı administrasiyası iddia edir ki, Zelaya hakimiyyətlə hüquqi əsaslarla azad edilib. Buna səbəb isə onun Konstitusiya məhkəməsinin qərarını pozaraq hakimiyyəti əldə saxlamaq cəhdi olub. Ancaq ABŞ-ın bildirdiyinə görə, Zelayanın hakimiyyətdən devrilməsində heç bir hüquqi əsas olmayıb.
XS
SM
MD
LG