Accessibility links

Baş məqalə:11 Sentyabr terrorçu hücumlarının qurbanları anıldı


Baş məqalə:11 Sentyabr terrorçu hücumlarının qurbanları anıldı

Baş məqalə:11 Sentyabr terrorçu hücumlarının qurbanları anıldı

Amerikalılar 2001-ci il Sentyabrın onbirində həyata keçirilən terrorçu hücumlarda həyatını itirənlərin xatirəsini mərasimlərlə qeyd ediblər. Amerikalılar hadisələrin qurbanları və onların ailələrinə ehtiramlarını bildirmək üçün o fəlakətli gündə müşahidə olunan, bir məqsəd ətrafında birləşmə əhval ruhiyyəsini ölkə miqyasında qeyd edilən könüllü xidmət günü ilə yenidən canlandırırlar.

Əl Qaidə terrorçu təşkilatının mənsublarının dörd təyyarəni qaçırdıb, onların üçünü Nyu York şəhərində Dünya Ticarət Mərkəzinin əkiz binalarına və paytaxt Vaşinqton yaxınlığında Pentaqona çırpması, birini isə Pensilvaniya ştatında şəhərdən kənarda bir əraziyə düşürməsi nəticəsində 90 ölkədən üç minə yaxın insan həyatını itirib. Havai Ştatında yerləşən Perl Harbor hərbi dəniz bazasına qarşı 1941-ci ildə həyata keçirilən hücumdan sonra ABŞ sərhədləri daxilində ən çox insan itkisinə səbəb olan 11 Sentyabr hücumları Amerikalıları yenidən bərpa və üz üzə qalınan hədə ilə mübarizə məqsədi ətrafında birləşdirmişdir.

Prezident Barak Obama deyir ki, Sentyabırın onbirində Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinin burulmuş poladları, Pentaqonun dağılmış divarları və Pensilvaniya ştatının Cənub Qərbində bir tarladakı dağıntılardan qalxan tüstü Amerikan xalqının patriotizmi və yenidən ayaq üsdə durma gücünün bir daha nümayişi üçün vəsilə oldu. O deyib ki, "biz bu gün birgə insani dəyərlər və bölüşdüyümüz kədər ətrafında bir millət olaraq birləşmişik. İtirdiklərimizin yasını tutduğumuz bir zamanda Amerikalılar olaraq bizi birləşdirən amilləri də bir daha yada salırıq.

Amerikalılar prezidentin çağırışını nəzərə alaraq bu anım və xidmət günündə qruplar halında okean sahillərindəki tullantıları təmizləmiş, evsizlər üçün sığınacaqları təmir etmiş və yoxsulları doyurmuşlar. Masaçuset ştatının Boston şəhərində 11 Sentyabr qurbanlarının bəzilərinin ailə üzvləri tərəfindən təşkil edilmiş qrup, uzaq, yad ölkələrdə vətən borcunu yerinə yetirən ABŞ əsgərlərinə məktublar yazmışlar. Nyu Yorkda bir qrup, şəhərə 11 Sentyabr hücumlarından sonra ölkə miqyasında göstərilən dəsdəyə minnətdarlığını bildirmək üçün həmin faciənin il dönümünü ABŞ-ın müxtəlif yerlərində baş verən fəlakətlərin səbəb olduğu dağıntıların aradan qaldırılmasına kömək məqsədilə buralara könüllü dəsdələr göndərməklə qeyd edib.

Bu il də 11 Sentyabr bütün Amerikalılara azı əvvəlki illərdəki qədər xatırladır ki, şəxslər olaraq bizim taleyimiz, ölkəmizin taleyi ilə bağlıdır və bizim demokratiyamız birgə səylərimizlə daha da möhkəmlənir.

XS
SM
MD
LG