ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi
Corc Mitçelgələn həftə BMT-nin Baş
Assambleyasının görüşü zamanı İsrail-Fələstin sülh danışıqlarının
canlandırılmasına çağıracaq. Dünən İsrailə səfər edən cənab Mitçel İsrail və
Fələstin liderləri ilə təkbətək görüşlər keçirəcək. ABŞ-ın Yaxın Şərq üzrə
xüsusi nümayəndəsinin gündəliyində İsrailin yəhudi yaşayış məntəqələrinin
inşasının dayandırması məsələsi yer alır.
ABŞ İsraildən Şərqi Qüds və İordan
çayının qərb sahillərinin işğal edilmiş ərazilərində yaşayış məntəqələrinin
insşasının dondurulmasına çağırsa da, İsrail əhali artımı üçün bu tikintinin
vacibliyini önə çəkir. Fələstinlilər isə
inşaat işləri dayandırılmayınca, danışıqlara qayıtmayacaqlarını deyirlər. Bu
gün İsrailin baş naziri Benyamin Netanyahu Qahirədə Misir prezidenti Hüsnü
Mübarəklə görüşüb, sülh müzakirələrinin
bərpası məsələsini müzakirə edir.