Accessibility links

Əhmədinejad İranın Qərblə nüvə danışıqları aparmayacağını deyir


İran prezidenti Mahmud Əhmədinejad hökumətinin dünya gücləri ilə mübahisəli nüvə proqramından başqa bütün mövzularda danışıqlar aparmağa hazır olduğunu bildirib. Bü gün İranın rəsmi mətbuat orqanı cənab Əhmədinejada istinadən bildirib ki, İran beynəlxalq əməkdaşlıqla yanaşı, qlobal, iqtisadi və təhlükəsizlik problemlərinin həllində birgə işləməyə hazırdır. Ancaq İran prezidentinin sözlərinə görə, dinc mahiyyətli nüvə texnologiyasının əldə olunması İranın hüququ və təxirəsalınmaz haqqıdır və Tehran öz “toxunulmaz hüququ” barədə heç kəslə danışıqlar aparmayacaq. Obama administrasiyası bildirib ki, Tehranın rədd etməsinə baxmayaraq, onlar İranla qarşıdakı danışıqlarda nüvə proqramı məsələsini gündəmə gətirəcəklər. Qərb dövlətləri İranı nüvə silahı əldə etmək üçün uranı zənginləşdirməkdə günahlandırır. Tehran isə təkidlə bildirir ki, proqram dinc mahiyyət daşıyır.
XS
SM
MD
LG