Accessibility links

Amerikalı rejissor Maykl Mur kapitalizm dünyasına meydan oxuyur


Kanadada Toronto şəhərində keçirilən kino-festivalda rejissor Maykl Murun “Kapitalism: A Love Story”, “Kapitalizm: Məhəbbət hekayəsii” adlı filmininin premyerası olub.

Kapitalizm əleyhdarı bir qrup teatrın ətrafında aksiya keçirib. Maykl Mur özü isə teatrın binasına hazırda tətilə çıxan bir qrup kanadalı polad əridən fəhlə ilə daxil olub.

Filmin premyerası ABŞ-da ən böyük maliyyə şirkətlərindən biri olan Lehmann Brothers şirkətinin iflasa uğramasının ildönümü ilə üst-üstə düşür.

Bu filmilə rejissor Maykl Mur bir daha korporativ Amerikaya münasibətini bildirərək, bunun adi amerikalıların həyatına vurduğu təsirlərdən danışır.

Demokratlar da daxil olmaqla, bütün partiyaları günahlandırmasına baxmayaraq, Maykl Mur ümid və ədalət simvolu kimi qalan prezident Barak Obamaya toxunmur.

Maykl Mur onu da deyir ki, problemlər təkcə Amerikada mövcud deyil. Məhz buna görə də onun sözlərinə görə, o, bir qrup fəhləni özü ilə premyeraya dəvət edib.

XS
SM
MD
LG