Accessibility links

BMT nüvə agentliyinə yeni rəhbər təyin edildi


Beynəlxalq Atom Enerjisi Agentliyi rəsmən yaponiyalı diplomat Yukiya Amanonu quruma yeni baş direktor təyin edib. Amano BAEA-ya 12 il rəhbərlik etmiş misirli Məhəmməd əl Baradeini əvəzləyəcək. Amano 1972-ci ildən başlayaraq Yaponiya xarici işlər nazirliyində yüksək vəzifələr tutub. Onun tərcümeyi halı tərksilah, non-proliferasiya və nüvə enerjisi siyasətindəki təcrübə ilə zəngindir. O, həmçinin Yaponiyanın Vaşinqton, Brüssel və Vyanadakı səfirliklərində çalışıb.
XS
SM
MD
LG