Accessibility links

İran oktyabr ayında keçiriləcək danışıqlara qatılacağını bildirib


İranın dövlət mediasının bildirdiyinə görə, İran dünyanın altı aparıcı ölkəsi ilə qlobal iqtisadiyyat və təhlükəsizliklə bağlı oktyabr ayının əvvəlində keçiriləcək danışıqlara qatılacağını bildirib. Media İranın nüvə müzakirəçisi Səid Cəliliyə istinadən bildirir ki, o, İranın bu qərarını bu gün telefon vasitəsi ilə Avropa Birlıiyinin xarici məsələlər üzrə katibi Haviyer Solanaya çatdırıb. Cənab Solananın sözçüsü cənab Cəlilinin katiblə okytabr ayının 1-də görüşəcəyini deyib. Lakin o, görüşün harada keçiriləcəyi və altıların bu görüşdə iştirak edib-etməyəcəyi barədə heç nə deməyib.

Birləşmiş Ştatlar və dünyanın digər beş nüfuzlu ölkəsi - Britaniya, Fransa, Almaniya, Rusiya və Çin keçən həftə aparılan danışıqlar zamanı İranın əhatəli danışıqlar keçirilməsi təklifi ilə razı olduqlarını bildirmişdilər.

XS
SM
MD
LG