Accessibility links

Prezident Buşa ayaqqabı atan iraqlı jurnalist həbs müddətini bitirərək azad edilib


ABŞ-ın keçmiş prezidenti Corc Buşa ayaqqabı atmış iraqlı jurnalist doqquz ay həbsxanada olduğu müddət ona işgəncə verildiyini deyib. İraq rəsmiləri Müntəzir əl-Zəidini cəza müddəti bitdikdən sonra bu gün Bağdad həbsxanasından azad ediblər.

Çalışdığı Bağdadiyyə televiziya şirkətində mətbuat konfrasında danışan jurnalist deyib ki, həbsxanada olduğu müddət o döyülüb və ona elektro şok kimi işgəncə verilib. Jurnalist deyib ki, indi həyatına görə qorxur və ABŞ kəşfiyyat agentliklərinin onu təqib edəcəyinə görə narahatdır.

İraqlı jurnalist keçən ilin dekabr ayında o zaman ABŞ prezidenti Corc Buş və İraqın Baş naziri Nuri əl-Məliki mətbuat konfransı keçirən zaman hər iki ayaqqabısını Amerika liderinə atmışdı. Cənab Buş başını əyərək ayaqqabıların ona dəyməsinə yol verməmişdi.


XS
SM
MD
LG