Accessibility links

Vitse-prezident Co Bayden Iraqdadır


ABŞ-ın vitse-prezidenti Co Beyden Iraq liderləri ilə danışıqlar aparmaq və Amerika əsgərlərinə baş çəkmək üçün bu gün İraqa səfər edib.

Ağ Ev bildirir ki, Bayden İraqın baş naziri Nuri əl-Məliki, prezident Cəlal Talabani və İraqın muxtar kürd regionunun prezidenti Məsud Barzani ilə görüşəcək. Co Bayden həmçinin BMT-nin İraqdakı missiyasının rəsmilərilə də görüş keçirəcək. Ağ Evin açıqladığı bəyanatda deyilir ki, ABŞ vitse-prezidenti Birləşmiş Ştatların İraqın gələcəyi və milli birliyi məsələlərində üzərinə düşən vəzifəyə ciddi münasibətini çatdıracaq.

Vitse-prezident Bayden Birləşmiş Ştatlar 2010-cu il avqust ayına qədər hərbi qüvvələrin İraqdan çıxarılması üçün addımlar atdığı bir vaxt Obama administrasiyasının İraq siyasətinə nəzarət edir. Bu, ABŞ vitse-prezidentinin bu ilin əvvəlindən İraqa üçüncü səfəridir.

Keçən həftə ABŞ-ın İraqdakı səfiri Kristofer Hil demişdi ki, ölkədə son zamanlar hücumların artmasına baxmayaraq, Birləşmiş Ştatlar hərbi qüvvələri müəyyən edilmiş vaxta qədər çıxara biləcək. Kristofer Hilin bildirdiyinə görə, bu hücumlar ABŞ hərbi qüvvələri ölkədən tədricən çıxdığı bir vaxt İraq xalqına qarşı yönəlmiş cəhdlər kimi qiymətləndirilir.

XS
SM
MD
LG