Accessibility links

Ekspertlər qrupu İrana qarşı siyasəti sərtləşdirməyə çağırır


Vaşinqtonda qərargahlanan qüdrətli İkipartiyalı Siyasət Mərkəzinin işçi heyəti prezident Barak Obamanı İranın atom bombası istehsal etməsinin qarşsını almaq üçün həmin ölkəyə qarşı siyasəti sərtləşdirməyi məsləhət görüb. Yeni açıqlanmış hesabatda 2 sabiq ABŞ senatoru və təqaüddə olan general xəbərdarlıq edir ki, əgər Ameika vaxtında lazımi ölçülər götürməsə İsrail təkbaşına İrana qarşı hərbi əməliyyat keçirə bilər.

"Möhlət Bitir" adlı hesabat başlığın sentimentini əks etdirir. Sabiq Demokrat Senator Çarls Robb bunu belə izah edir: "Biz hesab edirik ki, vaxt daralır. Və biz nüvə silahlı İran və ya İsrail hücumunun qarşısını almaq üçün düzgün strategiya müəyyənləşdirməliyik."

Hesabat Rob, Respublikaçı sabiq qanunverici Daniel Kouts və Hərbi hava qüvvələrinin təqaüddə olan generakı Çarls Vald tərəfindən hazırlanıb.

Müəlliflər prezident Obamanın iranla diplomatik təmaslar qurmaq səylərini alqışlayır. Lakin onlar israr edir ki, Tehran gələn ilədək azı bir atom bombası istehsal etmək imkanına malik olacaq. Onlar deyir ki, diplomatiya təcili olaraq sərt sanksiyalar və hərbi qüvvəyə söykənməlidir.

Konnketukutda müstəqil Demokrat senator Co Liberman bu fikirlə razılaşır. Onun sözlərinə görə inandırıcı və aydın şəkildə hərbi qüvvədən istifadə seçimi İran qarşısında qoyulmalıdır.

Hesabat ABŞ-ın İranla oktyabrın 1-də ilkin danışıqlara başlamağa hazırlaşdığı vaxta təsadüf edir. BMT-nin beş daimi üzvü və Almaniya İranla təhlükəsizlik və iqtisadiyyat mövzusunda danışıqlar aparacaq.

Respublikaçı senator Con Kilin İrana qarşı potensial hərbi hücuma qarşı çıxanlara tövsiyəsi var: “Əgər siz hərbi seçimi nəzərdən keçirmək istəmirsinizsə onda gəlin bu sonluğun qarşısını almaq üçün nəsə edək.”

Senator Kil Konqresi İranın bank və enerji sektorunu hədəf alacaq cəld və effektiv sanksiyalar tətbiq etməyə çağırıb. Lakin Kil deyir ki, əgər sanksiyalar növbəti bir neçə ay ərzində nəticə verməsə onda hərbi əməliyyat masa üzərinə gəlməlidir. General Çarls Vald deyir ki, İran elə güman etməməlidir ki, başı Əfqanıstan və İraqa qarışmış Amerika İranla bağlı heç nə etməyəcək. Onun sözlərinə görə, iranlılar bilməlidirlər ki, Amerikanın kifayət qədər hava zərbələri endirmək imkanları qalır.

XS
SM
MD
LG