Accessibility links

ABŞ Mərkəzi Bankının sədri tənəzzülün bitdiyini deyir


ABŞ Mərkəzi Bankının rəhbəri iqtisadi tənəzzülün yəqin ki, sona çatdığını bəyan edib, lakin xəbərdarlıq edib ki, amerikalıların bunu hiss etməsi bir neçə ay vaxt apara bilər. Federal Ehtiyatlar Bürosunun sədri Ben Bernanke bildirib ki, göstəricilər iqtisadiyyatın yenidən artdığını və gələn il artmaqda davam edəcəyini göstərir. Lakin o, iqtisadi proqnozlarla razılaşaraq əlavə edib ki, iqtisadiyyat uzun müddət yeni iş yerləri yaratmayacaq və işsizlik bir müddət yüksək olaraq qalacaq. Bernankenin iqtisadiyyatla bağlı baxışları başqa yüsksək rütbəli ABŞ rəsmisinin görüşləri ilə təzad təşkil edir. Maliyyə naziri Tim Qaytner bildirib ki, administrasiya işsiz amerikalılar iş tapmayınca iqtisadi geriləmənin bitməsinə əmin olmayacaq. Onun sözlərinə görə Amerika hələ o nöqtəyə çatmayıb.
XS
SM
MD
LG